Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – VİDEO

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Soyqırımı Memorial Kompleksində təmir-bərpa işləri yenə gecikir. 12 il əvvəl açılan bu mühüm tarixi-mədəniyyət abidəsi hazırda baxımsız vəziyyətdədir.

Müasir Azərbaycanın qan yaddaşının məkanı olan Quba Soyqırımı Memorial Kompleksində vəziyyət illərdir dəyişmir. Rəsmi qurumlar bərpa vəd etsə də, real işlərə hələ də başlanmayıb.

Bizim.Mediayenidən kompleksdə olub və vəziyyəti yerində araşdırıb.

Kompleksin muzey hissəsində divarlar yağış sularının damması səbəbindən bərbad vəziyyətə düşüb.

Çöldən sızan yağış suları daxili hissəsini ciddi şəkildə qaraldıb. Xarici görünüş də ürəkaçan deyil. Muzeyin çıxış hissəsindəki aralanmış beton divar dərhal diqqət çəkir. Pilləkənlərdən enərkən çatlar və sınmalar çox aydın şəkildə görünür.

Çöl divardakı iri çatlar və qopmalar təhlükəsizliklə bağlı ciddi narahatlıq yaradır. Pilləkənlərdəki sınmalar isə hər gün minlərlə turistin keçdiyi ərazidə böyük risk deməkdir.

Bir sözlə problemlər hələ də olduğu kimi qalır.

Ətraflı videosüjetdə: