ABŞ prezidenti Donald Trampın Qrenlandiya adasını ələ keçirmək üçün israr etməsi NATO-da parçalanma yaratmağa başlayıb.
Tribuna.az xəbər verir ki, bu iddia ilə “The Wall Street Journal” qəzeti çıxış edib.
Yazıda qeyd edilir ki, NATO-dakı fikir ayrılıqları parçalanmanın əsasını qoyacaq. “Bu isə Putinin işinə yarayacaq. Çünki o, NATO-nun parçalanması üçün uzun illərdir çalışırdı. İndi isə onun arzusunu Tramp həyata keçirir”.
Qəzet həmçinin iddia edib ki, Trampın ada ilə bağlı israrları Rusiyanın Ukraynada da cəsarətlənməsinə və daha ağır hücumlara başlamasına həvəsləndirəcək. “Putin bu hadisədən öz lehinə istifadə edəcək. O, Ukraynada daha çox ərazi işğal etmək üçün cəsarətlənəcək və hücumların sayını artıracaq”.
Fərda Uğur









