Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin imzalanması və prosesin normal məcrada davam etməsi üçün geniş təbliğat aparır.
Tribuna.az xəbər verir ki, əksər tədbirlərdə rəsmi İrəvan sülh üçün lazım olan addımları atmağa hazır olduğunu bəyan edir.
44 günlük müharibədən sonra qorxu hissi hakim olmuş erməni cəmiyyəti də artıq Azərbaycanın sülh istəyinə qarşı çıxmır. Maraqlıdır ki, prosesə erməni müxalifəti də qoşulmağa başlayıb. Belə ki, parlament seçkillərində iştirak üçün yaradılmış və Arman Tatoyanın başçılıq etdiyi “Birlik qanadları” Hərəkatı sülh barədə danışmağa başlayıb. Azərbaycan əleyhinə qərəzli çıxışlar edən bu hərəkatın rəsmisi Vardan Paşoyan bildirib ki, o, müharibə istəmir. “Biz müharibənin qiymətini yaxşı bilirik, sülh yolu ilə gedəcəyik. Döyüşə hazır ordumuz olduğu və hərbi tarazlığı təmin etdiyimiz təqdirdə sülh mümkündür. Bu halda güzəştlər də dayanacaq”.
P.S. Qorxu pis şeydir…
Fərda Uğur









