Qolları qandallandı, Kılıçdaroğlu üsyan etdi

Qolları qandallandı, Kılıçdaroğlu üsyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CHP başqanı Kamal Kılıçdaroğlu komediya ustası Deniz Göktaşın əllərinin arxadan qandallanmasına etiraz edib.

Tribuna.az məlumat verir ki, partiya lideri buna ehtiyac olmadığını bildirib. “Bu kadrı qəhər içində izlədim. Əgər bir şikayət varsa, ifadəsi alınsın, buraxılsın. Qaçması da mümkün deyil. Onun qollarının arxadan qandallanması qəbuledilməzdir”.

Qeyd edək ki, Deniz Göktaş barəsində dini dəyərlərə hörmətsizlik ittihamı ilə araşdırma başlanıb. O, Türkiyəyə gələrkən İstanbul aeroportunda saxlanıb və iki polis əməkdaşı qollarına arxadan qandal vurub.

Həsən Ağa