“Qoç Ət”lə bağlı iddia: dönərin içindən tük çıxıb?

“Qoç Ət”lə bağlı iddia: dönərin içindən tük çıxıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdakı “Qoç ət” restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur.

Tribuna.az xəbər verir iki, bu iddianı PR-kommunikasiya sahəsi üzrə tanınmış mütəxəssis Azər Nəzərov sosial şəbəkə hesabında səsləndirib.

A.Nəzərov bildirir ki, keçən cümə günü ailəsilə birlikdə metronun “Nərimanov” stansiyası yaxınlığında yerləşən “Qoç ət” restoranına gedib: “Açığı, həmişə oranın ətinin tərifini eşitdiyimdən, dedim budəfəlik dietanı dayandırım və dönər növlərindən birini yeyim. Təəssüf ki, yeməyin içindən təxminən 20 sm-lik saç teli çıxdığı üçün yeməyi yarıda saxlayıb hesabı istədik. Dönər növlərindən başqa bütün əvvəlki sifarişlərin haqqını ödəyib məkanı tərk etdik”.

 

Menecerin gözləntisi “Qoç Ət” kimi sanballı brend hansı ki, öz əti ilə ön plana çıxmaqla yanaşı, hətta Ramazan ayında yalnız iftardan sahura qədər fəaliyyət göstərir – satışdan həmin dönəri dərhal yığışdıracağı olub: “Amma yanılmışam. Çünki çıxanda gördük ki, bu neqativ hal “Qoç Ət” komandasının heç vecinə də deyil. Dönərçi dönər şişində fırlanan eyni ətlə heç nə olmamış kimi işinə davam edirdi. Bu isə o deməkdir ki, növbəti müştərilərin qarşısına təxminən 20 sm uzunluğunda saç teli çıxmasa da, eyni ət onlara servis olunmağa davam edəcək”.

 

A.Nəzərov sonda sual edir ki, sizcə hansı daha vacibdir — pul qazanmaq ya etika? “Yoxsa mənmi həddindən artıq həssas yanaşıram? Restoranda yeməkdən 20 sm-lik saç telinin çıxması əslində problemli bir şey deyil və yeməyə davam etmək lazımdır. Eyni qazandan və ya eyni ətdən başqalarına satış etmək normaldır?”