Qızıl və gümüşün qiyməti ARTIB

Qızıl və gümüşün qiyməti ARTIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Tribuna.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,84% artaraq 4 540,40 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 4,55% artaraq 74,948 ABŞ dolları olub.