Məlum olduğu kimi, dünya bazarında qızıl yenidən rekordlar qırmağa başlayıb.
Tribuna.az xəbər verir ki, son bir ildə az qala 100 faiz bahalaşan qiymətli metalın hazırda bir unsiyası 4900 dollara satılır.
Xarici ekspertlər bildirirlər ki, qızılın bahalaşması dünyada baş verən proseslərlə bağlıdır. Onların sözlərinə görə, bu proses xarici valyutalara güvənsizliklə bağlıdır. Onlar hesab edirlər ki, böyük dövlətlər öz iqtisadiyyatlarını qorumaq və sarsıdıcı hadisələr zamanı problemlərini həll etmək üçün sürətli şəkildə qızıl alırlar.
Hazırda əsas suallardan biri də budur ki, dünyada proseslər səngisə və dinclik yaşansa qızıl ucuzlaşacaqmı? Ekspertlər bildirirlər ki, bunun baş vermə ehtimalı azdır. Bunu belə izah edirlər ki, qızılı bu gün alan dünya ölkələrinin Mərkəzi Banklarıdır. Mərkəzi Banklar isə qızılın qiymətini özlərinə sərf edən səviyyədə saxlamağa çalışacaqlar. Bu səbəbdən də qızılın ucuzlaşması real hesab olunmur.
Fərda Uğur









