Qəzadan öncə atasına zəng edib bunları dedi…

Qəzadan öncə atasına zəng edib bunları dedi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda paradda iştirak etdikdən sonra geri dönən və Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi təyyarəsində şəhid olan hərbçilərin ölüm xəbəri ailələrini yasa boğub. Türkiyə mediası yazır ki, həlak olan gizir İlker Aykut yola düşməzdən əvvəl atası ilə telefonda danışıb.

Tribuna-nın məlumatına görə, şəhid İlker Aykut evlidir və bir uşağı var. O sonuncu dəfə atası ilə telefonla danışıb. O atasından – “Ata, biz dönürük. Sən tarlaları əkmisənmi?” deyə soruşub.

Xatırladaq ki, qəzaya uğrayan təyyarədə olan 20 hərbçinin hamısı həlak olub.

Gülşən Rəsul