Ötən gün Bakı-Quba yolunda baş verən dəhşətli qəza zamanı ölən Səma Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi imiş.
Tribuna.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, o, “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə təhsil alırmış.
Qeyd edək ki, sözügedən qəzada Səma ilə birlikdə onun qardaşı 2001-ci il təvəllüdlü Ramal Mirzəyev də dünyasını dəyişib.










