Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş.
Tribuna.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Bakı Şəhər Prokurorluğunda idarə rəisidir.
Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Bakı Şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.











