Qeyri-etik jest edən “Sabah”ın məşqçisi ağır cəzalandırıldı

Qeyri-etik jest edən “Sabah”ın məşqçisi ağır cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turunda “Qarabağ”la 3:3 bitən qarşılaşmanın sonlarında rəqib skamyaya qeyri-etik jest edən “Sabah”ın məşqçisi Valerio Zuddası cəzalandırıb.

 Tribuna.az xəbər verir ki, komitə italiyalı çalışdırıcıya 7 oyunluq cəza verib.

“Sabah” klubu isə məşqçisinə görə 15 min manat cərimə ödəyəcək.

Sənan Məmmədli