Qərbi Azərbaycanlıların qurultayı İrəvanı çalxaladı

Qərbi Azərbaycanlıların qurultayı İrəvanı çalxaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, yaxın günlərdə Naxçıvanda Qərbi Azərbaycanlılarla bağlı festival və qurultay keçiriləcək.

Tribuna.az xəbər verir ki, bu hadisə Ermənistanda zəlzələ effekti yaradıb.

Belə ki, “Jamanak” qəzeti bu hadisəni Azərbaycanla Ermənistan arasında 300 min azərbaycanlının köçürülməsi ilə bağlı razılaşmanın nəticəsi kimi təqdim edib. “Naxçıvanda Qərbi Azərbaycanlıların qurultayının keçirilməsi Azərbaycanla Ermənistan arasında 300 min azərbaycanlının köçürülməsi barədə razılıq əldə edildiyini göstərir”.

“Güclü Ermənistan” partiyasının funksioneri Alik Aleksanyan isə mövzunu başqa şəkildə təsvir edib. O deyib: “Azərbaycanlılar artıq Ermənistana gəlişlərini qeyd edirlər. Bunun üçün Naxçıvanda bayram tədbirinə başlayıblar”.

Fərda Uğur