Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi yenidən təmir prosesinə hazırlaşır.
Tribuna.az xəbər verir ki, bununla bağlı dünən keçirilmiş tenderin nəticəsi açıqlanıb.
Məlum olub ki, binanın cari təmiri işlərini “LİDER-LİNE” MMC həyata keçirəcək. Şirkət bunun müqabilində 69 min 717 manat ödəniş alacaq.
Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi hər il binanın cari təmir işlərini həyata keçirir. Bir növ bu, “ənənəyə” çevrilib.
Fərda Uğur









