Qazaryan: “Paşinyan azərbaycanlıdır, Tramp da bunu təsdiqləyir”

Qazaryan: “Paşinyan azərbaycanlıdır, Tramp da bunu təsdiqləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təklif edirəm ki, 20 litr benzin müqabilində Alen Simonyanı (spiker) Azərbaycana ixrac edək”.

Tribuna.az xəbər verir ki, bunu erməni siyasətçi Edqar Qazaryan deyib.

O bildirib ki, Ermənistan parlamentinin spikeri Bakıya səfər etmək arzusunu bu cür reallaşdıra bilər. “Onu ixrac etdikdən sonra geri almamalıyıq. Qoy, Bakıda yaşasın. Onsuzda oraları çox arzulayırdı”.

Qazaryan daha sonra başqa bir iddia ilə də çıxış edib. O bildirib ki, guya, Ermənistanın baş naziri Nikol Paşinyan milliyyətcə azərbaycanlıdır. Bunu isə ABŞ prezidenti Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında Davosda söhbətə əsasən “əsaslandırıb”. “Nikol Paşinyan azərbaycanlıdır. Donald Tramp da Nikol Paşinyanın azərbaycanlı olduğunu dedi. O, Əliyevə tərəf dönərək dedi: “Həmvətəniniz haradadır?” Cavabında Əliyev dedi: “O, oradadır”. Başqa sözlə, Trampın dedikləri doğrudur. Həm Əliyev, həm də o, azərbaycanlı olduğunu etiraf etdi. Üstəlik, Tramp dünyanın ən inkişaf etmiş kəşfiyyat xidmətinə malik olan bir dövlətin başçısıdır”.

Fərda Uğur