Qazaryan erməni müxalifətinə niyə təəccüblənib?

Qazaryan erməni müxalifətinə niyə təəccüblənib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın tanınmış teleaparıcılarından olan Petros Qazaryan ölkəsindəki müxalifətin Zəngəzur dəhlizi ilə bağlı yanaşmasından təəccübləndiyini dilə gətirib.

Tribuna.az xəbər verir ki, o, erməni müxalifətinin ritorikasını başa düşmədiyini bildirib.

Qazaryan yerli müxalif kanallara baxarkən Zəngəzur dəhlizi ilə bağlı fikirlərin qəribə olduğunu vurğulayıb: “Müxalifət telekanallarında müzakirələrə baxıram. Çağırılan qonaq TRİPP yolu deyir. Aparıcı isə dərhal müdaxilə edərək, “TRİPP yox, Zəngəzur dəhlizi” düzəlişini edir. İndi bilmək olmur ki, Zəngəzur dəhlizini ortaya kim atıb, hökumət, yoxsa müxalifət?”

Fərda Uğur