“Əgər Paşinyan hakimiyyətdə qalarsa, Ermənistan müharibə ilə və ya müharibəsiz hər şeyi itirəcək”.
Tribuna.az xəbər verir ki, bunu erməni siyasətçi Abraham Qasparyan deyib.
Onun iddiasına görə, müharibə hər gün getdikcə daha qaçılmaz və hiss olunmağa başlayır. “Ermənistandakı avtoritar xuntanın siyasi uzaqgörənliyi, balanssız geosiyasi hesablamaları və konstitusiya və institusional demokratiyanın qəsdən basdırılması Azərbaycan hakimiyyətinə müharibə üçün bir səbəb, “Casus Belli” verəcək”.
Fərda Uğur









