Qaradağ İcra Hakimiyyəti 417 mini xərcləyəcək yeri tapıb

Qaradağ İcra Hakimiyyəti 417 mini xərcləyəcək yeri tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ İcra Hakimiyyəti daha bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, Süleyman Mikayılovun başçılıq etdiyi rayonda yolların əsaslı təmiri və abadlıq işləri həyata keçiriləcək.

Məlumatda deyilir ki, tenderin qalibi “İS.M.M.” MMC olub. Bu işlərin görülməsinə görə isə 417 min 406 manat pul ayrılacaq.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı qısa araşdırma zamanı məlum olub ki, “İS.M.M” şirkəti son bir ildə 14 tenderin qalibi olub. Həmin tenderlərin hamısı İcra Hakimiyyətlərinin keçirdiklərdir.

“İS.M.M” MMC haqqında bəlli olan odur ki, şirkət 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Nadir Xudiyev həm də “RASH.M.M Trade and Services-2020” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 26 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 406 939 manatdır.

Fərda Uğur