Ermənistanda keçirilən son parlament seçkilərindən sonra bəzi hadisələr baş verir.
Tribuna.az xəbər verir ki, yeni hökumət Qarabağdan qaçmış separatçıları təxribat törətməmək üçün bəzi addımlar atır.
Belə ki, şənbə günündən etibarən İrəvanın mərkəzində yerləşən Fransa Meydanında uzun illərdən bəri qaldırılmış separatçıların əski parçası yığşdırılıb. Erməni mediasının yaydığı xəbərə görə, bu addımı yerli hökumət atıb. Tapşırıq da rəsmi İrəvandan gəlib.
Xatırladaq ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət Qarabağ məsələsinin qapandığını, onun yenidən “canlandırılması” halının müharibəyə səbəb olacağını bəyan edib.
Fərda Uğur









