Qarabağdan köçən ermənilər kimə səs verəcəklər?

Qarabağdan köçən ermənilər kimə səs verəcəklər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda iyunda keçiriləcək parlament seçkilərində Qarabağ ermənilərinin kimə səs verəcəyi ilə bağlı müzakirələr artmağa başlayıb.

Tribuna.az xəbər verir ki, hakim “Mülki Müqavilə” Partiyası əsas səslərin ona çatacağını iddia edir.

Lakin müxalifət də analoji fikirdədir. Onlar Qarabağdan könüllü köçmüş ermənilərin birmənalı olaraq onlara səs verəcəklərini düşünürlər.

Separatçı Boris Aruşanyan isə iddia edir ki, Ermənistanda keçiriləcək parlament seçkilərində Qarabağ ermənilərinin səsi bir neçə yerə bölünəcək. Onun sözlərinə görə, həmin səslərin bir qismi Robert Köçaryana, digər qismi isə Samvel Karapetyana çatacaq.

Fərda Uğur