Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq “Qarabağ”ın potensial rəqiblərinin bəziləri bəlli olub.
Tribuna.az xəbər verir ki, Azərbaycan çempionu püşkatmada səpələnmişlər səbətində yer alacaq. Bu isə təmsilçimizin ilk mərhələdə reytinq baxımından nisbətən zəif komandalarla qarşılaşma ehtimalını artırır.
Potensial rəqiblər sırasında aşağıdakı klublar yer alır:
* Jilina (Slovakiya)
* Novi Sad (Serbiya)
* Universitate Kluj (Rumıniya)
* Alyuminiy (Bosniya və Herseqovina)
* Derri Siti (İrlandiya)
* Vestri (İslandiya)
Qeyd edək ki, püşkatmadan sonra “Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi tam olaraq dəqiqləşəcək. Komanda turnirdə yoluna davam etmək üçün ilk mərhələdən etibarən mübarizə aparacaq.









