Ermənistan müxalifəti yerli hökuməti tənqid edərək, onları Qarabağdan könüllü köçmüş ermənilərin geri qaytarılması məsələsini qaldırmalarını tələb edirlər. Tribuna.az xəbər verir ki, revanşistlərin nümayəndələri hətta bu məsələnin Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinə salınmasını da dilə gətirirlər.
Ötən gün bu barədə açıqlama verən hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Artur Ovanisyan bildirib ki, məsələ onların gündəmində deyil. “Hazırda Qarabağdan köçən ermənilərin qayıtması məsələsi azərbaycanlı tərəfdaşlarla müzakirə olunmur”.
Fərda Uğur









