“Qarabağ erməniləri geri qayıda bilməz, zəmanət yoxdur”

“Qarabağ erməniləri geri qayıda bilməz, zəmanət yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan dövlətçiliyinin özü Türkiyə və Azərbaycan üçün problemdir”.

Tribuna.az xəbər verir ki, bunu Xristian Həmrəyliyi Beynəlxalq təşkilatının rəhbəri Con Aibner deyib.

Onun sözlərinə görə, Bakı və Ankara İrəvanı dövlət olaraq qəbul etmirlər. “Əgər Türkiyə və Azərbaycanın Ermənistanla bağlı tarixi mövqelərini nəzərə alsaq, onlar heç bir şəkildə Ermənistanın tarixi rolunu və dövlətçiliyini qəbul etmirlər”.

O, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtmaq məsələsinə də toxunub. “Bu gün Qarabağ ermənilərinin geri dönməsi üçün heç bir zəmanət yoxdur və bu, bizi narahat edir”.

Fərda Uğur