“Qara qızıl” bahalaşdı

“Qara qızıl” bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında neftin qiyməti yüksəliş nümayiş etdirib.

 Tribuna.az xəbər verir ki, Londonun ICE birjasında ticarət olunan “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti 1,60 faiz artaraq bir barel üçün 94,59 dollara çatıb.

ABŞ-ın WTI markalı xam neftinin fyuçersləri də bahalaşıb. Belə ki, bu markanın qiyməti 1,75 faiz yüksələrək 91,60 dollar/barel olub.

Qlobal enerji bazarlarında müşahidə olunan artım neft kotirovkalarının yenidən yüksəlməsinə səbəb olub.