Məlum olduğu kimi, Ermənistanın müdafiə naziri Suren Papikyan iki gün öncə nazirliyin tabeliyində ola hərbçilərin bəzi mövqelərə getməsi üçün Azərbaycan Ordusundan icazə aldığını bildirib.
Tribuna.az xəbər verir ki, o, bəzi ərazilərin Azərbaycanda olduğunu qeyd edib.
Papikyan bildirib ki, həmin vaxt erməni hərbçilərinin yoxlanılması prosesi olmayıb.
Lakin Ermənistanda nəşr olunan “Hraparak” qəzeti fərqli bir iddia gündəmə gətirib. Nəşr bildirib ki, nazir Papikyanın “onlar yoxlanılmadan buraxılırlar” fikirləri yanlışdır. “Çünki hamısı yoxlanılıb, sonra buraxılırlar”.
Erməni qəzeti sonda onu da iddia edib ki, Ermənistan tərəfi Qara göl ərazisini Azərbaycana verib. Bu zaman demarkasiya və delmitasiyaya gərək olmadığını da vurğulayıb.
Fərda Uğur









