Qara dənizdə Panama bayrağı altında üzən “Viktres” ticarət gəmisinə dronla hücum olub.
Tribuna.az yazır ki, gəmidə Türkiyə vətəndaşları da olub. Son xəbərə görə, ölən və yaralılar var. Lakin 9 türk xilas edilib. Gəmidə Hindistan və Misir vətəndaşları da olub. Son həftələr Ukrayna ordusu Krımı, Qara və Azov dənizlərini vurur, sanksiyalardan yayınan ticarət gəmilərini hədəf alır.
Həsən Ağa









