ABŞ-la müharibə dövründən başlayan Qalibaf-SEPAH davası yeni mərhələyə qədərm qoyur.
Tribuna.az xəbər verir ki, İran parlamentinin spikeri Məhəmmədbağır Qalibaf son paylaşımı ilə sözügedən qüvvəni hədəf olaraq göstərib.
Belə ki, o, İranın hərbi qüvvələrinin modernləşməyə ehtiyacı olduğunu bəyan edib. Qeyd edib ki, onlara avadanlıq və personal baxımından lazımi diqqət yetirmək lazımdır”.
Qeyd edək ki, müharibə zamanı SEPAH-ı bir müddət Qalibaf idarə edib. Lakin sonrakı mərhələdə o, generallar tərəfindən həzm edilmədiyindən kənarlaşdırılıb. Amma Qalibaf da zəif fiqur olmadığını qısa müddətdə nümayiş etdirib və rejimin əsas güclərini öz tərəfinə çəkməyə nail olub. Elə bu səbəbdən də o, ABŞ-la danışıqlarda baş müzakirəçi kimi status qazanıb.
SEPAH-ın İrana ciddi ziyan vura biləcəyi düşüncəsində olan spiker, həmçinin onun Müdafiə Nazirliyinə birləşdirilməsi təklifini dolayısı ilə irəli sürən az sayda siyasətçilərdən biridir. Böyük ehtimalla iqtisadi durum azca düzəldikdən sonra o, SEPAH-a qarşı növbəti addımları atacaq.
Fərda Uğur









