Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir

Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hörmüz boğazında bir neçə gəminin keçidinə şərait yaratmağa çalışır, lakin İran silahlı qüvvələrinin müqaviməti ilə qarşılaşır.

Tribuna.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Düşmənin ölkəmizə son zərbələri bizim Hörmüz boğazındakı gücümüzün tətbiqinə görədir və biz düşmənin bu hücumuna sarsıdıcı cavab verdik”, – o bildirib və əlavə edib ki, boğaz İranın nəzarətindədir.

Qalibafın sözlərinə görə, ABŞ İslamabad Anlaşma Memorandumuna zidd olaraq Hörmüz boğazının cənub marşrutundan keçmək istəyir: “Lakin biz buna icazə verməyəcəyik.

İranın boğaz üzərindəki idarəçiliyinin tətbiqi beynəlxalq qanunlarla heç bir ziddiyyət təşkil etmir”.