“İranın silahlı qüvvələri istənilən təcavüzə dərs öyrətmə yolu ilə cavab verməyə hazırdır”.
Tribuna.az xəbər verir ki, bunu İran parlamentinin sədri və ölkənin ABŞ ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqer Qalibaf “X” sosial media hesabında yazıb.
O qeyd edib ki, “Səhv strategiya və səhv qərarlar həmişə səhv nəticələr verəcək. Bunu artıq bütün dünya başa düşüb”.
Qalibaf əlavə edib ki, “Biz bütün variantlara hazırıq və onlar bundan təəccüblənəcəklər”.
Fərda Uğur









