“Qadın evdə oturub övladlarına baxsa, daha yaxşıdır” – ADU rektoru Kamal Abdulla

“Qadın evdə oturub övladlarına baxsa, daha yaxşıdır” – ADU rektoru Kamal Abdulla

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm.

Tribuna.az xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “qafqazinfo”ya müsahibəsində qadının cəmiyyətdə rolu ilə bağlı danışarkən deyib.

K.Abdulla bildirib ki, qadını mətbəxdə, ev şəraitində uşaqlarına baxmağa yönəltsək, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər:

“Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər”.

Gülşən Rəsul