“Qaçqınkom” işçilərinə 60 minlik geyim almağa hazırlaşır

“Qaçqınkom” işçilərinə 60 minlik geyim almağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) növbəti tenderini elan edib.

Tribuna.az xəbər verir ki, Komitənin Mənzil İstismar Departamenti işçilər üçün xüsusi geyim formalarının satınalınmasını həyata keçirmək fikrindədir.

Məlumatda qeyd edilir ki, bu məqsədlə 60 min manatlıq büdcə müəyyən edilib. Departament tenderin qalibi olacaq şirkətə 370 ədəd qısaqol mayka, 370 ədəd xəbərdaredici jilet,  350 cüt qısa boğaz çəkmə, 200 cüt uzun boğaz çəkmə, 350 ədəd papaq və 350 ədəd qış gödəkçəsi sifariş edəcək.

Fərda Uğur