“Qaçqınkom” 79 min manata zibil qutuları alır

“Qaçqınkom” 79 min manata zibil qutuları alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) daha bir tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, qurumun Mənzil İstismar Departamenti bununla bağlı nəticələri açıqlayıb.

Məlumatda qeyd edilir ki, “Qaçqınkom” məişət tullantılarının yerləşdirilməsi üçün dəmir konteynerləri satın alacaq. Bununla bağlı müabiqənin qalibi “STAR CONSTRUCTION GROUP” MMC olub. Tərəflər arasında 79 min 159 manatlıq müqavilə imzalanıb.

Qeyd edilir ki, komitə 1100 lt-lik dəmir konteynerlər alacaq. Onların sayı isə 200 ədəd nəzərdə tutulub. Həmin konteynerlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron, Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Bərdə,Tərtər, Beyləqan,Yevlax, Sabirabad, Hacıqabul, İmişli, Şəki, Zaqatala, Ağcabədi, Qazax,Qəbələ, Saatlı, Kürdəmir və Ucar rayonları ərazilərində salınmış məcburi köçkün qəsəbələrinə quraşdırılacaq.

Qeyd edək ki, “Qaçqınkom”un aldığı hər bir konteynerin qiyməyti 396 manat təşkil edəcək.

Fərda Uğur