“Qaçqınkom” 109 min manata çınqıl yol çəkəcək

“Qaçqınkom” 109 min manata çınqıl yol çəkəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövllət Komitəsi (“Qaçqınkom” olaraq tanınır-red.) növbəti tenderini keçirib.

Tribuna.az xəbər verir ki, qurum bununla bağlı nəticələri açıqllayıb.

Bildirilir ki, “Qaçqınkom”un Mənzil İstismar İdarəsi Sabirabad rayonunda məcburi köçkün qəsəbələrində mövcud çınqıl örtüklü yolu təmir edəcək. Bunun üçün işlər tenderin qalibi olmuş “DİRÇƏLİŞ 14” MMC-yə həvalə edilib. Çınqıl yolların təmiri üçün isə komitə şirkətə 109 min 88 manat pul ödəyəcək.

P.S. Görəsən, “Qaçqınkom” çınqıl yolun təmiri üçün istifadə olunacaq çınqılı hansı ölkədən gətirir ki, belə baha bir mənzərə yaranır? Olmaya Maldivlərdən gətirilir deyə, belə baha çıxır?

Fərda Uğur