Qabil Hüseynli: “İran bütün şərtləri qəbul etməyəcək”

Qabil Hüseynli: “İran bütün şərtləri qəbul etməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran masada güclü görünməyə çalışır. Əvvəlcə birgə şəkil çəkdirməkdən imtina edildi, sonra danışıqları yarımçıq tərk etdikləri xəbər verildi… Düzdür, bu məlumat təsdiqlənmədi, amma Tehran zəif bənd kimi davranmır. Pezeşkian da açıqladı ki, uran zənginləşdiriləcək. Pakistan isə açıqladı ki, uran ehtiyatı ölkədən çıxarılmır, amma zənginləşdirilməsi azaldılır. Bu məsələdə də İran yenə mövqeyini qorudu”.

Bu fikirləri Tribuna.az-a professor Qabil Hüseynli deyib. İsveçrə danışıqlarını şərh edən professor bildirib ki, hərbi eskalasiyanın bərpası real görünmür, lakin İsrail prosesi poza bilər. Onun fikrincə, hazırda danışıqların böyük nəticəsi yoxdur, bəzi razılaşmalar var: “İlk görüşlə nəticə olmur. Tərəflər müzakirələri davam etdirməlidir. Sadəcə, ABŞ İrana istədiyini diktə edə bilir. Yəni strateji cəhətdən Vaşinqton istədiyi nəticəni ala bilmədi. Ona görə də Xameneini öldürməklə gözləntilər doğrulmadı. İranın gücü demə, ali rəhbərdə yox, Hörmüz boğazında imiş. O baxımdan, danışıqlarda İranın bütün şərtləri qəbul edəcəyini gözləmirəm”.

Həsən Ağa