Putinin yalanı çıxdı: Pokrovski Ukrayna ordusundadır

Putinin yalanı çıxdı: Pokrovski Ukrayna ordusundadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, dünən Rusiya prezidenti Vladimir Putin Ukraynanın Pakrovski və Kupoyanski məntəqələrinin “azad edildiyi”ni iddia edən çıxış etmişdi.

Tribuna.az xəbər verir ki, Putin hətta xarici jurnalistləri Pokrovskiyə dəvət etməkdən də çəkinməmişdi.

Lakin bu gün məlum olub ki, Rusiya prezidentinə kimlərsə yalan məlumat sırıyıblar. Çünki Pokrovski və Kupyanski yaşayış məntəqələri faktiki olaraq Ukrayna ordusunun nəzarətindədir. UNİAN Ukrayna MN-ə istinadən bildirib ki, şəhər tam nəzarətlərindədir.

Xarici ekspertlər isə Putinin bu açıqlamasını məqsədli hesab edirlər. Onlar bildirilər ki, Uitkoffun sülh danışıqları məqsədi ilə Moskva səfəri öncəsi belə açıqlamanın verilməsi Rusiyanın “biz üstün tərəfik, biz istədiyimiz olmalıdır” mesajı sayılmalıdır.

Fərda Uğur