Putinin ideoloqu xalqı susmağa ÇAĞIRDI – İsterika

Putinin ideoloqu xalqı susmağa ÇAĞIRDI – İsterika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya filosofu, Krenlin ideoloqu sayılan Aleksandr Duqin öz bloqunda cəmiyyət üzərində dövlət nəzarətini daha da gücləndirməyi təklif edib və rusları buna qaçılmaz bir reallıq kimi yanaşmağa çağırıb.

Bu barədə Tribuna.az məlumat yayıb. Onun sözlərinə görə, vətəndaşlar müasir dünyada istənilən halda nəzarətin mövcud olacağını qəbul etməlidirlər, ona görə də onu xarici qüvvələrin deyil, öz dövlətlərinin həyata keçirməsi daha yaxşıdır.
Filosof həmçinin qeyd edib ki, vətəndaşlar susmamalıdırlar, tənqid isə konstruktiv olmalı və ölkəyə sevgidən qaynaqlanmalıdır: “Biz ruslar tarix boyu həmişə əziyyət çəkmişik. Bizim taleyimiz belədir. Amma biz qırılmamışıq, barışmamışıq, təslim olmamışıq. Biz mübarizə aparırıq və qururuq, yeni insanlar yaradırıq və yaşlıları dəstəkləyirik. Biz böyük xalqıq və əgər kiməsə ədalətsiz münasibət göstərilibsə, bu, yalnız təmkin və şöhrət naminədir”, – deyə Kreml təbliğatçısı isterik vəziyyətdə olduğunu hiss etdirib.

Həsən Ağa