Rusiya Prezidenti Vladimir Putin Moskvada daxili bazar üçün yanacaq tədarükünün təmin edilməsi ilə bağlı iclasa sədrlik edib.
Tribuna.az-ın verdiyi məlumata görə, Putin bəyan edib ki, Kiyev Moskvanın müharibə səylərini zəiflətməyə çalışır:
“Rusiyanın karbohidrogen infrastrukturuna vurulan zərbələr nəticəsində müəyyən bir yanacaq çatışmazlığı yaranıb”.
Putin vurğulayıb ki, obyektlərinə endirilən zərbələr problemlər yaradır və bu, göz qabağındadır:
“Hazırda bəzi çatışmazlıqlar yaşayırıq, lakin onlar o qədər də ciddi deyil”.









