Putin və Əş-Şaraa Əsədin ekstradisiyasını müzakirə etməyiblər

Putin və Əş-Şaraa Əsədin ekstradisiyasını müzakirə etməyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinlə Suriyanın keçid dövrü prezidenti Əhməd Əş-Şaraa arasında aparılan danışıqlarda Rusiyanın Suriyadakı hərbi bazaları mövzusu müzakirə olunub. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı məlumat verib.

Tribuna.az xəbər verir ki, Kreml nümayəndəsi görüşün detalları barədə ətraflı açıqlama verməyib. O bildirib ki, danışıqlar zamanı Suriyanın sabiq prezidenti Bəşər Əsədin ekstradisiyası məsələsi gündəmə gətirilməyib.

Peskovun sözlərinə görə, görüş əsasən iki ölkə arasında ticarət-iqtisadi əlaqələrə və bu münasibətlərin inkişaf perspektivlərinə həsr olunub.

“Potensial kifayət qədər genişdir və qarşılıqlı maraq mövcuddur”, – deyə Dmitri Peskov vurğulayıb.

İmran Kərimli