Sabah təyyarəmizin vurulmasının bir ili tamam olur. Dekabrın 25-də Qroznı səmasında raketin qəlpələri hava gəmimizə dəyib və enişinə icazə verilməyib. Nəticədə Aktauya uçan təyyarə orada qəza edib. Hadisə zamanı 38 nəfər həlak olub. Düşənbə görüşündə Rusiya prezidenti Bakının tələblərinin yerinə yetiriləcəyini açıqlayıb.

Tribuna.az-a danışan professor Qabil Hüseynli bildirib ki, Rusiya sözünü tutmadı. Onun sözlərinə görə, növbəti dəfə yalan danışan Putin özünə hörmətsizliyi nümayiş etdirir: “Rusiya bir il ərzində heç bir iş görməyib. İstintaq üçün cinayəti törədən hərbçiləri müəyyənləşdirmək çətin olmamalı idi. Görünür ki, burada hüquqi yox, siyasi iradə var. Putin hakimiyyəti məsələni həll etmək istəmir. Bu da münasibətlərdə olan problemdən irəli gəlir. Səbəb də odur ki, Rusiya Qarabağda istəyinə nail olmadı, Zəngəzur dəhlizinə nəzarəti itirdi, sülh sənədi onun iştirakı olmadan paraflandı. Ona görə də Rusiya məğlubiyyətin heyfini təyyarə ilə çıxır”.
Q. Hüseynli əlavə edib ki, münasibətlərdə böhran davam edəcək.
Həsən Ağa









