Rusiya prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) üzvləri ilə görüşü zamanı Ukrayna ilə bağlı sülh planından danışıb.
Tribuna.az-ın xəbərinə görə, preziden Vaşinqton və Kiyevlə aparılan danışıqlardan danışıb.
Tədbir zamanı siyasətçi Rusiya Federasiyasının Donbassla bağlı mövqeyini bir daha bəyan edərək, Moskvanın regiona nəzarətdən əl çəkməyəcəyini vurğulayıb. O, həmçinin bəyan edib ki, Rusiya Federasiyası Kramatorsk və Slavyansk arasında münasibətləri şübhə altına almır.
“Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikovun məlumatına görə, prezident bildirib ki, Rusiya tərəfi Alyaskanın Ankoric şəhərində keçirilən Rusiya-ABŞ sammitində razılaşdırıldığı kimi, Ukraynada sülh naminə hələ də güzəştə getməyə hazırdır. Siyasətçi həmçinin Ukrayna ilə qismən ərazi mübadiləsini də istisna etməyib.
Eyni zamanda, Putin biznes nümayəndələrinə ABŞ planına daxil olan bəzi mövqelərin Alyaska görüşü zamanı razılaşdırıldığını bildirib. Amerika tərəfi avropalılarla danışıqlar nəticəsində öz təkliflərinin bir qismindən geri çəkildi. İddialara görə, Rusiya lideri bu cür davranışı zəiflik əlaməti kimi qiymətləndirib.
Dəniz Pənahova









