Prezidentdən Rauf Əliyevlə bağlı – Sərəncam

Prezidentdən Rauf Əliyevlə bağlı – Sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rauf Asif oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 Tribuna.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rauf Asif oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah R.Əliyevin 70 yaşı tamam olacaq.

Xatırladaq ki, Rauf Əliyev Milli Məclisin III, IV, V və VI çağırış deputatı olub.