Prezident: WUF13-lə şəhərsalmanın inkişafına sadiqliyimizi nümayiş etdiririk

Prezident: WUF13-lə şəhərsalmanın inkişafına sadiqliyimizi nümayiş etdiririk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildən etibarən biz üç Milli Şəhərsalma Forumunu təşkilatla (UN-Habitat ilə – red.) birgə keçirmişik. Ağdamda, Zəngilanda və Xankəndidə tədbirlər təşkil olunub. Həmin şəhərlər uzun illər ərzində işğal altında olmuşdur.

Tribuna.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı söyləyib.

“Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk”, – deyə dövlətimizin başçısı vurğulayıb.