Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilib.
Tribuna.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan ilə Rusiyanın Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilib.









