Premyer Liqa: “Kəpəz” “Turan Tovuz”la üz-üzə

Premyer Liqa: “Kəpəz” “Turan Tovuz”la üz-üzə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasında 16-cı tura bu gün start veriləcək. İlk oyun günündə bir matç keçiriləcək.

Tribuna.az xəbər verir ki, Yevlax şəhər stadionunda “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.

Gəncə təmsilçisi 15 oyundan sonra 9 xalla 10-cu, Tovuz klubu isə 14 matçdan 24 xalla 5-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
İkinci dövrə, 16-cı tur
19 dekabr
14:00. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov;
VAR: Nicat İsmayıllı;
AVAR: Şirmamed Mamedov;
Hakim-inspektor: Orxan Məmmədov;
AFFA nümayəndəsi: Namiq Əliyev;
Yevlax şəhər stadionu.

Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.