Futbol üzrə Portuqaliya millisinin yeni baş məşqçisi məlum olub.
Tribuna.az xəbər verir ki, bu vəzifəyə Jorji Jezuş gətirilib. 71 yaşlı portuqaliyalı mütəxəssis komandanın sükanı arxasında Roberto Martinesi əvəzləyib.
O, 2030-cu ildə Portuqaliya, İspaniya və Mərakeşin birgə ev sahibliyi edəcəyi dünya çempionatının sonunadək milli komandaya rəhbərlik edəcək.
Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Həmin matçdan sonra Roberto Martines istefa verib.









