Polşanın Baş naziri Avropanı qeyri-adi seçim qarşısında qoydu

Polşanın Baş naziri Avropanı qeyri-adi seçim qarşısında qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Baş naziri Donald Tusk Brüsseldə keçirilən Avropa Şurasının iclası ərəfəsində çıxış edərək dondurulmuş Rusiya aktivlərinin müsadirə olunmasına çağırıb.

Tribuna.az xəbər verir ki, o bildirib ki, Avropa bu gün prinsipial və adi olmayan bir seçim qarşısındadır.

Tuskun sözlərinə görə, Avropa ölkələrinin iki yolu var: ya maliyyə baxımından çətin, amma vacib qərarı indi qəbul etmək, ya da gələcəkdə daha ağır nəticələrlə üzləşmək. O vurğulayıb ki, söhbət təkcə Ukraynanın taleyindən getmir, bu qərar bütün Avropanın təhlükəsizliyi ilə birbaşa bağlıdır.

Polşa hökumətinin başçısı Avropa İttifaqı liderlərini sözlərdən əmələ keçməyə çağıraraq, qərarların daha da təxirə salınmamasının vacibliyini qeyd edib.

İmran Kərimli