İranda 8-9 yanvarda kütləvi şəkildə qətlə yetirilmiş şəxslərin 40 mərasimləri davam edir.
Tribuna.az xəbər verir ki, bütün iri şəhərlərdə insanlar həmin gün qəbristanlıqlara axışaraq, mərasimləri etiraz aksiyasına çevirirlər.
Qeyd edək ki, əraziyə cəlb edilmiş hökumət qüvvələri ilk günlər təzyiq göstərsələr də, sonradan müqavimətlə qarşılaşdıqlarından bu niyyətlərindən əl çəkiblər.
Son məlumatlara görə, polsi etirazçılara müdaxilə etməyərək, kənara çəkilməyə başlayıb. Hadisələrin ilk günlərində qəddarlıq edən SEPAH da bir-iki gün sərt davransa da, sonradan “sakitləşməyə” başlayıb.
Fərda Uğur









