Pezeşkiandan SÜLH ÇAĞIRIŞI

Pezeşkiandan SÜLH ÇAĞIRIŞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibənin davam etməsi nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur. Buna görə də münaqişənin diplomatik yollarla həllinə çalışmaq lazımdır”.

Tribuna.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Gərginliyin azaldılması üçün istənilən ağlabatan və diplomatik yollardan istifadə etmək lazımdır. Eyni zamanda düşmənə qarşı inamsızlıq və qarşılıqlı münasibətlərdə sayıqlıq zərurət olaraq qalır”, – deyə İran prezidentinin mətbuat xidməti Pezeşkianın mövqeyini bəyan edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.