Pezeşkian impiçmentlə üzləşə bilər

Pezeşkian impiçmentlə üzləşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentində bir neçə gündür bu ölkədəki sosial-iqtisadi vəziyyət müzakirə olunur.

Tribuna.az xəbər verir ki, mühafizəkar qanadın çoxluq təşkil etdiyi məclisdə əsas hədəf İranın prezidenti Məsud Pezeşkiandır.

Onlar iddia edirlər ki, ölkədə yaranmış ağır iqtisadi böhranın günahkarı hökumət və onun başında duran dövlət başçısıdır. Bu səbəbdən də prezidentin impiçment məsələsinin gündəmə gətirilməsini istəyirlər.

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf isə bəyan edib ki, impiçment məsələsi istisna deyil. “Ölkədə yaranmış ağır iqtisadi böhranın qarşısı alınmasa, hökumətin dəyişdirilməsi məsələsi gündəmə gətiriləcək”.

O iddia edib ki, bu addımı atmaqla xalqın narazılığının qarşısını almaq mümkün olacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl İran prezidenti Məsud Pezeşkian açıqlamasında “sehirbaz olmadığını”, problemlərin ondan deyil, molla rejimindən qaynaqlandığını bildirmişdi.

Fərda Uğur