İran prezidenti Məsud Pezeşkian molla rejimini sərt tənqid edib.
Tribuna.az xəbər verir ki, o, Çinlə əldə olunmuş anlaşma ilə bağlı rejim mənsublarına suallar ünvanlayıb.
Pezeşkian qeyd edib ki, Çin ilə İran arasında 400 milyard dollarlıq 25 illik sərmayə anlaşması imzalanıb. “O sərmayəni görən varmı? Ya əgər edilibsə kim ölkədə o sərmayəyə əl qoyub? Çünki İran xalqı o sərmayəni görmədi, İranda heç bir iqtisadi inkişaf ilə nəticələnmədi. Mənim sualım həm də ritorikdir. Çin dünyanın ən böyük ikinci iqtisadi gücüdür. Onlar Afrikada böyük infrastruktur layihələri icra edirlər. Amma İranda bir dəmiryol çəkilişinə belə sərmayə qoymadılar. Bu baxımdan yarım trilyona yaxın elan edilmiş o güllü-bəzəkli sərmayənin hara getdiyini və ya niyə gəlmədiyini öyrənmək istəyirəm. Bilmədiyimiz bir şey varsa bizə deyin”.
Fərda Uğur









