Pezeşkian: “Ermənistanla münasibətlər xarici təsirlərdən asılı olmamalıdır”

Pezeşkian: “Ermənistanla münasibətlər xarici təsirlərdən asılı olmamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dünən İrana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda bu ölkənin prezidenti Məsud Pezeşkianla görüşüb və onunla regional məsələləri müzakirə edib.

Tribuna.az xəbər verir ki, İranın dini lideri Əli Xamineyinin dəfnində iştirak məqsədi daşıyan səfər çərçivəsinə tərəflər regional məsələlərdən də danışıblar.

İran prezidenti bildirib ki, İran-Ermənistan münasibətləri xarici təsirlərdən asılı olmamalıdır. “Regiondan kənar aktorların müdaxiləsi regional problemlərin həllinə kömək etmir, əksinə, yeni çətinliklər və qeyri-sabitlik yaradır. Beynəlxalq sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə hörmət İranın xarici siyasətinin dəyişməz prinsiplərindəndir”.

Fərda Uğur